27/04/2012
Sağlam həyatın təbliğini qarşısında məqsəd qoyan Bank gənclər arasında tennis turniri keçirmişdir. Bu turnir dünyanın 15 ölkəsindən 115 gənc idmançını bir araya gətirmişdir. Rusiya, Ukrayna, Belorusiya, Gürcüstan, Moldova, Qazaxstan, Makedoniya, Bolqarıstan, Belçika, Türkiyə, Çexiya, Lüksemburq, Avstriya, Böyük Britaniyadan ölkəmizə təşrif buyurmuş iştirakçılar 14 və 16 yaş olmaqla iki qrupda yarışmışdır. Azərbaycanın Tennis Federasiyasının Baş Katibi İlham Quliyev PAŞA Bankın maliyyələşdirdiyi turnirin olduqca yüksək səviyyədə təşkil olunduğunu və Bakı Tennis Akademiyasında təhsil alan tələbələrin beynəlxalq turnirlərdə iştirak etməsi üçün gözəl təcrübə qazandırdığını bildirmişdir.