21/02/2013
![](https://www.pashabank.az/uploads/C:fakepathweb_students.jpg)
Təqaüd alınması üzrə 2013-cü il müsabiqəsində ali təhsil müəssisələrinin iqtisadiyyat yönümlü (maliyyə və kredit, beynəlxalq iqtisadi münasibətlər, audit, tətbiqi riyaziyyat və s) fakültələrində təhsil alan tələbələr iştirak edə bilər. Bu müsabiqədə üstünlük müxtəlif səviyyəli müsabiqələrin, tələbə olimpiadalarının və intellektual turnirlərin iştirakçılarına və qaliblərinə; ictimai-faydalı fəaliyyətlə məşğul olan və daimi inkişafa (şəxsi və peşəkar) can atan tələblərə veriləcək. Ümumi olaraq 12 təqaüdçü seçiləcək. Seçim müsabiqəsində iştirak etmək üçün Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının rəsmi saytında - www.atgti.az yerləşdirilən anketi doldurmaq lazımdır.
Azərbaycanın yüksək sosial-iqtisadi inkişafı tempini nəzərə alaraq, PAŞA Bankın 2012-2014-cü illərə hesablanan yeni Strategiyasında ölkənin ictimai həyatında birbaşa iştirakın gücləndirilməsi ilə bağlı məsələlərə xüsusi diqqət yetirilir. Biznesin ədalətli və şəffaf aparılması prinsiplərinə sadiq qalan PAŞA Bank sonrakı illərdə də təhsil, idman sahələrində və digər istiqamətlərdə gənc nəslin inkişafına və dəstəklənməsinə yönələn layihələrin həyata keçirilməsi və bununla bağlı təşəbbüslərlə çıxış edəcək.