Çap

Press-relizlər

PAŞA Bank "YAŞAT" düşərgəsinin keçirilməsinə dəstək verir

237965234_1740284346360244_4428696197169605040_n.jpg (246 KB)

Ölkənin aparıcı korporativ bankı “PAŞA Bank”ın dəstəyi və “YAŞAT” Fondunun təşkilatçılığı ilə həyata keçirilən “YAŞAT” düşərgəsi davam edir. İyulun 12-sindən başlayaraq hər həftə keçirilən yay düşərgəsində ümumilikdə 300-dək şəhid övladının iştirakı nəzərdə tutulub.

Düşərgə proqramı çərçivəsində 2-ci Qarabağ müharibəsi şəhidlərinin övladları üçün öyrədici təlimlər, habelə psixoloqların iştirakı ilə təlim və konsultasiyalar, ekskursiyalar və əyləncə saatları, teatr və konsertlər təşkil edilir.

Altı həftəlik düşərgənin beşinci həftəsində “PAŞA Bank”ın əməkdaşları da düşərgəni ziyarət edib, uşaqlara müxtəlif hədiyyələr təqdim edib.

https://www.pashabank.az/press_centre,1730/lang,az/