PAŞA Bank KOS-lar üçün satış həcmlərinin artımı və iş yükünün azalmasını təmin edəcək POS-terminal və virtual POS-terminallar təklif edir.
Bankın təklif etdiyi çox funksiyalı POS-terminalları quraşdırmaqla Siz ticarət və xidmət müəssisələrinizdə və ya sayt üzərindən kart ilə ödənişləri rahat qəbul edəcəksiniz. Eyni zamanda ödənişlərin daha səmərəli həyata keçirilməsi üçün POS terminalın kassa aparatı ilə inteqrasiyası xidmətindən də yararlanmaq imkanı əldə edəcəksiniz.
PAŞA Bankın POS terminalları ilə ödənişləri təməssız həyata keçirmək mümkündür. Belə ki, təmassız ödənişlər zamanı kartı aparata daxil etmək ehtiyacı yoxdur və 50 AZN-dək ödənişlər üçün PIN kodu daxil etmək tələb olunmur.
“Bahar” Kampaniyası müddəti ərzində PAŞA Bankda yeni hesab açan Kiçik və Orta Sahibkarlar üçün POS terminalın quraşdırılması pulsuz, POS terminal üzrə digər xidmətlər isə xüsusi tariflərlə təklif olunur. Kampaniyanın üstünlüklərindən faydalanın və xərclərinizə qənaət edin.
Daha ətraflı məlumat üçün pashabank.az saytına, PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.