Azərbaycan Respublikası Maliyyə Nazirliyi ilə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının tərəfdaşlığı nəticəsində yaradılmış "Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin gücləndirilməsi" layihəsi çərçivəsində PAŞA Bank kənd təsərrüfatının maliyyələşdirilməsini həyata keçirir.
Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin gücləndirilməsi layihəsi üzrə PAŞA Bank aşağıdakı aqrokreditləri təqdim edir:• investisiya kreditləri (manat, və ABŞ dolları ilə verilir)
• qısa müddətli dövriyyə vəsaitlərinin artırılması kreditləri (manat və ABŞ dolları ilə verilir)
• dəyər zəncirinin maliyyələşdirilməsi (manat və ABŞ dolları ilə verilir)
İnvestisiya kreditləri
Məhsulun təyinatı | • Kənd təsərrüfatı məhsullarının istehsalı, emalı və marketinqi, rəqabətliliyin artırılmasını dəstəkləyən investisiya qoyuluşları • Qida məhsullarının təhlükəsizlik qaydalarına riayət olunması məqsədilə avadanlıq və proseslərin müasirləşdirilməsi • Bazara çıxışın yaxşılaşdırılması və istehsalda innovasiya, keyfiyyət və təhlükəsizliyin təmin edilməsi |
Kreditin məbləği | 50 000 - 500 000 |
Kreditin valyutası | AZN, USD |
Kreditin müddəti | 24 aydan 84 ayadək |
Kreditin güzəştli müddəti | 6 ayadək |
Faiz dərəcəsi | Fərdi razılaşma əsasında |
Kreditin verilməsinə görə komissiya | Fərdi razılaşma əsasında |
Ödəniş cədvəli | Annuitet (aylıq bərabər ödənişlər) və ya xüsusi qrafik |
Qısa müddətli dövriyyə vəsaitlərinin artırılması və dəyər zəncirinin maliyyələşdirilməsi
Məhsulun təyinatı | İnnovativ maliyyə xidmətlərinin tətbiqi, bazar əlaqələrinin və dəyər zəncirinin dəstəklənməsi, istehsalın əvvəlcədən maliyyələşməsi və mövsümi kreditlər ilə bağlı dövriyyə vəsaitlərinin dəstəklənməsi |
Kreditin məbləği | 50 000 - 1 000 000 |
Kreditin valyutası | AZN, USD |
Kreditin müddəti | 24 ayadək |
Kreditin güzəştli müddəti | 6 ayadək |
Faiz dərəcəsi | Fərdi razılaşma əsasında |
Kreditin verilməsinə görə komissiya | Fərdi razılaşma əsasında |
Ödəniş cədvəli | Annuitet (aylıq bərabər ödənişlər) və ya xüsusi qrafik |