PAŞA Bank inkişaf strategiyasına əsasən Korporativ Bankçılığa böyük önəm verir və bu sahədə fəaliyyət göstərən şirkətlərə və fərdi sahibkarlara biznes kreditləri təklif edir.
Şirkətin biznesinin genişləndirilməsi, yeni layihələrin və cari tələbatının maliyyələşdirilməsi üçün PAŞA peşəkar menecerləri hər bir müştərinin ehtiyaclarını və imkanlarını fərdi qaydada nəzərə alaraq münasib şərtlərlə kredit almaq imkanlarını təklif edir. Kreditlər həm manat, həm də ABŞ dolları və avro ilə verilə bilər.
PAŞA Bankın Korporativ Kreditlərinin üstünlükləri:
- Kreditin daha böyük məbləğlərdə təqdim edilməsi
- Kreditin daha uzun müddətli olması
- Kredit üzrə güzəştli müddətdən istifadə imkanı
- Kredit üzrə daha uyğun faiz dərəcələri
- Kredit ödənişlərinin xüsusi qrafiklə həyata keçirilməsi imkanı
- Kredit şərtlərinin hər bir müştəriyə fərdi yanaşma əsasında müəyyənləşdirilməsi