Ticarətin (ixrac və idxal əməliyyatlarının) maliyyələşməsi
Beynəlxalq ticarət əməliyyatları çərçivəsində akkreditivlər vasitəsilə ödənişlərin həyata keçirilməsi ilə yanaşı bir çox hallarda həmçinin daha uzun müddətə maliyyələşmə tələb olunur.
PAŞA Bank müştərilərə ehtiyaclarını nəzərə alaraq həm akkreditiv məhsulları, həm də akkreditivin açılması ilə birgə ticarətin maliyyələşməsi xidmətlərini təklif edir.
Bankın əməkdaşları müştərilərə müxtəlif maliyyələşmə imkanları üzrə məlumatların verilməsi və müştərinin ehtiyaclarına uyğun akkreditiv və maliyyələşmə növünün seçilməsi sahəsində tam məsləhət dəstəyi göstərirlər.