19/01/2012
![](https://www.pashabank.az/uploads/news/19_01_2012_inner_1.jpg)
Həmin gün Avropa liseyinin binasının yaxınlığında yük maşını aşmış və ətrafda dayanan avtomobillərdən əlavə qaz borusuna da ziyan vurmuşdu. Qəza nəticəsində qaz məktəbin binasına daxil olmağa başlamış və şagirdlər arasında çaxnaşma salmışdı.
![](https://www.pashabank.az/uploads/news/19_01_2012_inner_2.jpg)
"Xüsusi olaraq qeyd etmək istərdim ki, şagirdlər pedaqoji heyətin müvafiq göstərişlərini gözləmədən dərhal reaksiya verdilər. Yaşlarının az olmasına baxmayaraq, yuxarı sinif şagirdləri yoldaşlarının liseyin binasından çıxarılmasına və onların sakitləşdirilməsinə aktiv kömək edirdilər, - "Dədə Qorqud" Fondunun prezidenti dedi.-Həmin fakt diqqətsiz qoyula bilməz, və yaxın gələcəkdə bu hadisə Azərbaycan və Türkiyənin geniş ictimaiyyətinin nəzərinə çatdırılacaqdır."
![](https://www.pashabank.az/uploads/news/19_01_2012_inner_3.jpg)