01/05/2009
![Bədii Gimnastika üzrə Avropa Çempionatı](https://www.pashabank.az/uploads/article_foto/gimnastic_l.jpg)
"PAŞA Bank" bu tədbirin əməkdaşlarından biri kimi “Tamaşaçıların simpatiyası prizi"ni təsis etmişdir. Bu priz Bədii Gimnastika üzrə 25-ci Avropa Çempionatının rəsmi internet səhifəsində rgecbaku2009.com səsvermə əsasında təqdim ediləcək.
İnternet səsvermənin qalibinə yerli zərgərlik şirkəti tərəfindən hazırlanmış Azərbaycan Gimnastika Federasiyasının loqotipi şəklində olan zinət əşyası təqdim ediləcək. O vaxta qədər isə, bütün iştirakçılara uğurlu yarışlar və qələbə sevincləri arzu edə bilərik!