Çap

Bülleten

“PASHA Private Banking”dən Kiprdə yatırım və əmlak sahibi olmaq imkanı

“PASHA Private Banking” müştəriləri üçün 250-dən çox daşınmaz əmlak layihəsini özündə cəmləyən eksklüziv bir təklif hazırlayıb. Belə ki, Kiprin ən kosmopolit şəhərlərindən olan Pafos və Limassolda mənzillər, villalar almaq, yatırım etmək və bank tərəfindən maliyyələşdirmə şərtləri ilə daşınmaz əmlak əldə etmək mümkün olacaq.

Kipr adasının cənub-qərb hissəsində yerləşən Pafos şəhəri sevgi və gözəllik ilahəsi Afroditanın doğulduğu yerdir. Bir vaxtlar Kiprin qədim paytaxtı olan Pafos bu gün Avropa Birliyinin Mədəniyyət Paytaxtı elan edilmiş ən mənzərəli şəhərlərindən biridir.

“PASHA Private Banking”dən Kiprdə yatırım və əmlak sahibi olmaq imkanı

Kiprin kosmopolit paytaxtı olan Limassol, ölkənin biznes bölgəsi və canlı sosial mərkəzidir. Limassol, həyat keyfiyyəti, cazibəsi və atmosferinə görə dünyanın ən yaxşı şəhərlərindən biri kimi tanınır.

Kiprdə mülk sahibi olmaqla, hansı üstünlükləri qazanacaqsınız?

  • Ailə üzvlərinizlə birlikdə daimi yaşayış icazəsi;
  • 20 000 EUR-dan başlayan illik gəlir;
  • Avropa İttifaqı ölkələrində təhsil imkanı;
  • Avropa İttifaqı ölkələrinə daha rahat səyahət
  • Bir həftə ərzində Şengen vizasının alınması.


“PASHA Private Banking”dən Kiprdə yatırım və əmlak sahibi olmaq imkanı

Qeyd edək ki, Kiprdə daimi yaşayış icazəsi birdəfəlik verilir və digər proqramlardan fərqli olaraq yenilənməsi tələb olunmur. Daşınmaz əmlakın alınması üçün müraciət və bütün proseslər tamamilə məsafədən həyata keçirilir.

Kiprdə əmlak sahibi olmaq imkanı ilə bağlı ətraflı məlumat üçün “PASHA Private Banking” ofisinə müraciət edə, yaxud *1230 nömrəsi vasitəsilə əlaqə saxlaya bilərsiniz.

https://www.pashabank.az/bulletin,1805/lang,az/