PAŞA Bank cari müştərilərinə (əmək haqqı kart istifadəçiləri və s.) şəxsi ehtiyaclarla bağlı istifadə üçün debit kart məhsulunu təqdim edir.
Bu kart vasitəsilə həm adi (digər kartlarla olduğu kimi), həm də kartı POS-terminala daxil etmədən, sadəcə terminala yaxınlaşdırmaqla təmassız qaydada ödənişlər həyata keçirmək olar. PAŞA Bank debit kartlarına ATM, Card-to-card, Milliön terminalları və Biznes Mərkəzlərin kassaları vasitəsi ilə mədaxil etmək mümkündür.
Təmassız qaydada ödəniş texnologiyası ödənişi qısa zamanda, rahat və təhlükəsiz həyata keçirməyə imkan verir. Ödəniş üçün kartı bir neçə saniyəlik terminala yaxınlaşdırmaq və ödənişin təsdiq olunmasını gözləmək kifayətdir.
https://www.pashabank.az/bank_kartlari_i,1274/lang,az/